Arzu Hüseyin’den” Nikotin” şiiri

Nikotin
Arzu Hüseyin
Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin.
Mən ki, ta əvvəldən ürəyi qırıq,
Axı nə biləsən, hardan biləsən?
Sən Vüsal donunda gələn ayrılıq,
İndi həsrətinlə​ nəfəs-nəfəsəm.
Yığıldı köksümə dərd yumaq-yumaq,
Əsən külək mənəm, yağan qar mənəm.
Axı necə olur həmişə, ancaq,
Bütün səbəblərə günahkar mənəm?
Qürurum ucuzmuş, vüqarın baha,
Böyük duyğuların ruhu kiçilib.
Qorxma, çıxmayacam qarşına daha,
Qorxma, yolsuzluqda qapı açılıb…
Adımı dəli qoy, yada sərsəri,
Min bir bəhanə tap qınağa, kinə.
Bütün kədərimin yolu sənədi,
Bütün qəzəbinin ünvanı mənəm …
Daha əvvəlki tək gətirmirəm tab,
İndi ahlarıma mücrüdü sinəm.
Hayandan baxsan da, bəllidir cavab,
Bu eşqin uduzan tərəfi​ mənəm.
Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin…