“Azərbaycan Turandır”-Yasəmən Qaraqoyunlu

Mənim haqqımda Avropadan tutmuş Rusiyaya qədər yayılmış azərbaycanlılar və Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında çox ciddi əks təbliğatın getdiyindən xəbərdaram. Məni Azərbaycanın düşməni, Azərbaycanda yaşayan talışların , ləzgilərin, saxurların düşməni kimi tanıdıb erməni, kürd kimi qələmə verdiklərini və mənim haqqımda nifrət toxumları əkdiklərini bilirəm. Hər gün təhdid olunuram, şantaj olunuram. Bilirəm ki, Türklük və Bütöv Azərbaycan davası apardığım üçün bu linc etmə kampaniyası İran tərəfindən təşkil olunur.
İranın Azərbaycan tarixində və mədəniyyətində formalaşdırdığı Şüubiyyə izlərini silib atmağa çalışıram. Azərbaycan İran deyil, Turandır.
Mən Azərbaycanın İrana çevrilməsinin, İran fars ənənələrinin Azərbaycan mədəniyyətinin ruhuna sızmasının qarşısını almaq mücadiləsi verirəm. Azərbaycan Turan olacaqsa İran da Turan olacaqdır buna əmin olun. Fars kültürünün və ənənələrinin, ruhunun Azərbaycan kültüründən, ənənələrindən, ruhundan silinməsi üçün çox çalışmalıyıq. Bu bir zəhərdir, bizi dirçəlməyə, özümüz olmağa qoymur. Harda fars kültürünün izi varsa orda Türkün sazı, sözü qırılmışdır. Siz Şüubiyyə hərəkatını yaxşı öyrənin. Şüubiyyə islamı Şiyəliyə çevirmiş, Sasanlını bərpa etmişdir. Şüubiyyəni öyrəndikcə İran-Fars millətinin başqa millətlər, özəlliklə də türklər və ərəblərə yönəlik bir faşizm, panfarsizm olduğunu görəcəksiniz və özünüzü qorumaq istəyəcəksiniz. Türk Millətinin bütün böyük imperiyalarını, dövlətlərini, mədəniyyətini, sarayını, krallarını Şüubiyyə içdən gəmirib çökdürmüşdür. Bəli.Mən Azərbaycan mədəniyyətinin içindəki Şüubiyyənin bütün yıxıcılıq əməllərini görürəm, bilirəm və əlbəttə ki, millətimi uyarıram, qorumaq istəyirəm. Heç bilirsinizmi ki, biz Quzey Azərbaycanda niyə bütün dəyərləri və humanizmi ilə hətta Avropaya və bütün dünyaya örnək ola biləcək Cümhuriyyət qura bildik? Ona görə ki, XIX əsrdə Türkmənçay müqaviləsindən sonra Azərbaycanda Maarifçilik hərəkatının qatqısı ilə, H.Zərdabi, Əhməd Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşovun, M.Ə.Rəsulzadənin liderliyi ilə İran-Fars Mədəniyyətindən sıyrılıb çıxa bildik. Azərbaycan Cümhuriyyəti Azərbaycanda yaşanan dərin sosial-siyasi-mədəni (kültürəl) düşüncə devrimlərinin meyvəsidir. İran-Fars mədəniyyətindən sıyrılıb çıxmaq və böyük Türk Mədəniyyətinə dönmək. Cümhuriyyət məhz bu kültür hərəkatının nəticəsində doğuldu. Türklükdən doğuldu. Türkə dönüşdən doğuldu. Bu gün bu dərin düşüncə devrimi, Özə dönüş hərəkatı Güney Azərbaycanda, bütün İran coğrafiyasına yayılmış türk toplumlarında baş verməkdədir. Bütün İran coğrafiyasında Fars mədəniyyətindən sıyrılıb çıxmaq və Türk mədəniyyətinə sarılmaq hərəkatı getməkdədir. Türklüyə dönüş çağı başlanmışdır. Türkün Çağı başlanmışdır. yazının devamı için tıklayınız
Önceki İçerikOcaklama, Şiir Mustafa Ziya
Sonraki İçerik40 yıl önce şehit edilen Türkmen liderler anıldı