Azərbaycan haqq işini müdafiə edir – Riyaz Sarıkahya

Azərbaycan haqq işini müdafiə edir və dünya birliyindən işğala, təcavüzə, terrora son qoyulmasını tələb edir.

Avrasiya.net xəbər verir ki, bu, İraq Türkməneli Partiyasının iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumuna etiraz olaraq azərbaycanlıların Avropa ölkələrində keçirdikləri etiraz aksiyalarına dəstək bəyanatında qeyd olunub.

Bəyanatda o da bildirilir ki, 30 ildir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunub.  devamı için tıklayın