Azerbaycanlı Şair Nigar Arif’ten Teselli

TƏSƏLLİ
Nigar Arif
Ölmürəm… yaşamaq yenə gözəldi,
Hər yada düşəndə xatirəmizin,
tutub uşaq kimi yanaqlarını,
təbəssüm toxunan dodaqlarını,
üzünü oxşamaq yenə gözəldi…
Uzun saçlarına bənzər gecədə,
Ayaq izlərinə həsrət küçədə,
Dönərkən qaranlıq , sənsiz keçidə,
Nə qədər əzablı, çətin də olsa,
Əhvalım pozulsa, bənizim solsa,
Səbrimin sonuncu kasası dolsa,
Qırıq ürəyimdə təmiz su kimi
Sevgini daşımaq yenə gözəldi.
Ayrıldıq… taleyin qismətidə…
Üzüntü çox eşqin ismətidə …
Dünya dağılmadı, yer dəyişmədi,
Kədərdi, qüssədi olan işdidə …
Ölmürəm… yaşamaq yenə gözəldi…
Hərdən-bir qarşıma çıxanda əşi,
“balaca şəhərdi, təsadüf “ deyib,
o ötən yaramı deşib , qaşımaq,
Lap elə kafede bugünki kimi,
içib ta ürəkdən gülənə qədər,
Səni yaddaşımdan silənə qədər,
Axır öz qədrimi bilənə qədər
gözüm doyanacan göz yaşlarımdan ,
qəlbimdən sən boyda dərdi boşamaq
bəlkə öləndə də səni yaşamaq,
yenə gözəldi… yenə gözəldi…