Bakıda Kərküklü yazarın “İraq mətbuat tarixi” kitabının təqdimatı keçirildi

Aqil Bəkir/ YeniÇağ Medya:İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin “İraq mətbuat tarixi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Şəmsəddin Kuzəçinin də qatılımıyla “Azərkitab” kitab mərkəzində keçirilən təqdimat mərasiminə İraqın Azərbaycandakı səfiri Fadil Al-Şuveyli, millət vəkilləri Qənirə Paşayeva, Əflatun Amaşov, elm adamları, ictimaiyyət və mətbuat nümayəndələri qatılıb.

Çıxış edən səfir Al-Şuveyli Azərbaycan və İraq arasındakı əlaqələrdən söz açıb və adıçəkilən kitabın Azərbaycan dilində çap edilməsini yüksək qiymətləndirib.

Millət vəkilləri Qənirə Paşayeva və Əflatun Amaşov çıxış edərək Şəmsəddin Kuzəçinin iki ölkə arasındakı ədəbi və mədəni əlaqələrin inkişaf etdirilməsində böyük rol oynadığını bildiriblər.

Şəmsəddin Kuzəçi belə bir səbəbdən dolayı Bakıda olmaqdan məmnunluq duyduğunu dilə gətirib:

“Bu, artıq Azərbaycana 19-cu gəlişimdir. “İraq mətbuat tarixi” kitabımın Azərbaycan dilinə çevrilməsində, onun çapında əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bu kitabın çapı mənim üçün həm də ona görə sevindiricidir ki, sayca çap olunan 50-ci kitabımdır”.

Sonda kitabın çapında əməyi keçən və iki ölkə arasında körpü rolunu oynamış şəxslərə İraq səfirinin imzası olan təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

 

Önceki İçerikجاسم محمد جعفر : برهم صالح يعرض العراق للخطر
Sonraki İçerikSuphi Saatçi’nin Irak Türkmen Folklor Araştırmalarına Katkıları