Günün Şiiri; Nigar Arif’ten Hatıralar Otağı

Xatirələr otağı
(Nigar Arif)
Bilmirəm neçədi saat,
necə keçib vaxt,
oturmuşam beləcə,
sakitcə, kirimişcə,
quzu balası kimi
səhərdə oturmuşam
fikirlərin içində
yandırıram özümü.
Əlimdəki siqaret
tüstüsündən karıxır.
Əlimin altındaki
kül qabı da elə bil
qaçmağa yer axtarır…
Tütün-tütün fikirlər
boylanır başım üstdən
Yanan odu,yoxsa mən?
Ürpənirəm qəfildən,
dodağımda can verən
siqaret kötüyündən,
bu kibrid bədənimdən.
Yanan kimdi ilahi?
kimdi,kimdi gorəsən?
közərir varaq-varaq,
tökülür sətir-sətir,
gözümdəki güzgüdən.
Çılpaqlaşır bu güzgü,
soyunur yavaş-yavaş,
Pərdələr arxasında
Xatirələr otağı
oyanır yavaş-yavaş…
Açılır pəncərələr,
açılır bircə-bircə
hardasa xəyalların
gizlən-qaç oynadığı
o qocaman dalanda,
yaddaşımdan asılmış,
yel vurduqca yellənən,
Ağlımın kəsmədiyi
toz-dumanlı səhnələr…
O səhnələr içindən,
Uçur kəpənək kimi
bir eşq uçur hey uçur,
uçub qonur çiynimə,
Çiynimdən ürəyimə
atır özünü oda…
Hələ o cavan eşqin
qolları arasından
asta-asta sürüşüb
görüşlər düşür yada
Sərçə öpüşlərilə
cilvələnir duyğular,
o gizlin,nəşə dolu,
o saf,körpə qayğılar…
İsti təbəssümlərə,
bürünür vüsalımız
Bir yastığın ucunda
toxunur sabahlara
arzumuz,amalımız…
Bir bulud omur keçir
yağış kimi sellənir,
üst-başıma çilənir
Birgün gəlir,ayrılıq
gözlərimdən su içir…
Bir ömur bulud keçir…
Görüşürük ne vaxtsa,
salam da vermirəm heç,
qürurum üstələyir.
Ürəyimdə nə varsa,
yanıb-yanıb eləcə
əlimdə tüstüləyir…
Bir siyah beyaz Nigar Arif görseli olabilir