Milli dəyərlərin inkişafına aid yeni nəşr

Milli dəyərlərin inkişafına aid yeni nəşr

Etibar ƏLİYEV

Fəlsəfə üzrə fəlsəfə doktoru

 Günümüzdə zəmanənin təsiri özünü bütün sahələrdə olduğu kimi, humanitar hadisələrə münasibətdə də göstərmək­dədir. XXI əsri sürət, informasiya, İnternet və sosial şəbəkələr dövrü, virtuallaşma, smartlaşma çağı saysalar da, ənənəvi dəyərlər, milli-mədəni sərvətlər hər hansı ayrıca insan qruplarını əsrlər boyu formalaşmış genetik-yaşam şifrələrinə malik, ümumi cəhətlərinə görə digərlərindən fərqləndirən, eyni dil, adət-ənənə, mental xüsusiyyətlərin daşıyıcısı sayılan cəmiyyəti, xalqı, milləti başqa toplumlardan fərqləndirən əsas amillərdən sayılır.

Bu baxımdan təsisçisi və sədri istedadlı intellektual Cəmilə Çiçəyin sədri olduğu “Zəka İşı­ğın­da” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin Azərbaycan Respublika­sının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliy­yə­ləş­dirilən “Milli dəyərlərin innovativ-kreativ təbliği: azərbaycan­lıları birləşdirən mental sərvətlərimizin qorunması” mövzusunda üçaylıq layihə çərçivəsində nəşrə hazırlanan bu elmi-kütləvi kitab son illər nəşr olunan sahəvi ədəbiyyatın dəyərli nümunəsi sayıla bilər.

Layihənin rəhbəri, uzun müddət milli dəyərlər və huma­nitar-estetik, ədəbi-bədii düşüncəmizin bir sıra sahələri üzrə dəyərli araşdırmaları ilə tanınan, eyni zamanda bu istiqamətdə yazıların, digər materialların yayımlandığı elmi-kütləvi “Milli Zəka” beynəlxalq, elmi-ədəbi jurnalın və www.zekaishiginda.az saytının baş redaktoru, eləcə də fərqli araşdırmalar müəllifi kimi tanınan Cəmilə xanım hər zaman olduğu kimi, bu kitabında da cəmiyyətimiz üçün kifayət qədər aktual olan məsələləri ictimai-mədəni müzakirə obyektinə çevirməyi bacarıb.

Kitabda bir-birindən maraqlı materiallarda Ümummilli Lider Heydər Əliyev, onun layiqli davamçısı, Qarabağın qəhrə­man fatehi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həm mədəni dəyərlərimizin inkişafındakı xidmətləri işıqlandırılır, həm də beynəl­xalq aləmdə, xüsusən də YUNESKO və İSESKO kimi nüfuzlu qurumlar vasitəsilə sözügedən dəyərlərimizin tanıdılmasına xüsusi diqqət ayrılır.

İkinci Qarabağ savaşında qalib gələn, vaxtı ilə 20 faiz tor­paqları ermənilər tərəfindən işğal olunmuş ölkəmizin indi infor­masiya savaşında milli dəyərlərindən kreativ beyin silahı kimi yararlanaraq bizi sevməyənlərə layiqli cavab vermək baxımın­dan, həm də milli mədəniyyətimizi dünyaya çıxarmaq istiqamə­tində adıçəkilən layihənin, eləcə də bu nəşrdəki rəngarəng yazı­ların əhəmiyyyəti çox böyükdür. Milli-mənəvi sərvətlə­ri­mizin inkişafındakı yeniliklər, modern dünyada baş verənlər, post­korona və postmüharibə dövründə cəmiyyətimizin ümumi ictimai-mədəni şüuruna, milli psixologiyamıza təsir edən əsas problemlər ətrafında elmi-sosioloji araşdırma yazıların, tədqiqat­ların mahiyyətini aydınlaşdırmaq, uyğun fəaliyyətlərin əsas mahiyyətini müəyyənləşdirmək baxımından təqdim olunan elmi-kütləvi nəşr oxucular və araşdırmaçılar üçün dəyərli masaüstü kitab sayıla bilər.

Cəmilə İsbəndiyarovanın həm ənənəyə – tarixi sivilizasiya yolumuza, həm qədim mədəniyyətimizə və zəngin mənəviy­yatımıza, həm müqayisəli təcrübələrə, həm də ənənəvi elmə söykənən bu araşdırma kitabı da humanitar sahənin mütəxəs­sisləri və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaqdır.