Azerbaycanlı Şair Adile Nezer’den “ÖMÜR”

ÖMÜR
Hər gün biri azalır ömür yarpaqlarımın,
Biri gülüb düşəndə, doqquzu ağlar düşür.
Baxdıqca düşənlərə yadıma talan olmuş,
Barı hasil olmadan quruyan bağlar düşür.
Yazan qara qələmlə alnımı qəltan etdi,
Atdım əyri zirvəni, itdim sözün düzündə.
Qaynayıb-qarışanlar həyatı sürdü getdi,
Dünya suymuş, mənsə yağ, düşüb qaldım üzündə.
Güman imiş alınan, ömür imiş satılan,
Bu bərq vuran görüntü yaralarla bəzənmiş.
İllərimin çoxunu taleyimə atılan,
Dərd adında toxumdan alan talesizəmmiş.
Sən demə ömür boyu qanımı donduran bu
Ayrılıq adlı oğru yarpaqlara dadanmış.
Ömrümün payızında məni ovunduran bu
Bahar çiçəyi kimi açan sevgi yalanmş.
Həyat saxta gülüşdən ibarətmiş sən demə,
Çölüm iyun istisi, içim sazaqlı yanvar.
Yarpaqların ahəngin çəkirəm ciyərimə,
Yalanmış ayrılıqdan, ölümdən başqa nə var.
Bakü,  22.08.2022