Şah ve Mat

Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanıldı. Xalqımız dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradının təsiri altındadır. Bu şanlı Qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir.

Qələbə nümayişi Silahlı Qüvvələrimizin gücünü bütün dünyaya bəyan etdirdi. Xalq – Ordu birliyinin təntənəsi oldu, Türkiyə – Azərbaycan qardaşlığının rəmzinə çevrildi. Zəfər paradının çox böyük tarixi, siyasi, ictimai və beynəlxalq hüquqi əhəmiyyəti var.

Bəs bu 44 günlük Vətən müharibəsi xarici mediada necə işıqlandırılıb? Ən əsası bizim media nümayəndələri bu işin öhdəsindən gələ biliblərmi? Bildirmək istəyirəm ki, bu çətin dövrdə medi- anın üzərinə çox böyük vəzifələr, öhdəliklər və məsuliyyət düşüb. Bütün bunlar medianın infor- masiya siyasəti ilə sıx bağlıdır. İnformasiya siyasəti nədir? İnformasiya siyasəti xalqın və dövlətin milli təhlükəsizlik maraqlarının təminatına yönəldilən fəaliyyətdir. Şübhəsiz, informasiya məka- nını da məhz informasiya siyasəti formalaşdırır.

Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ müzəffər Ali Baş Komanda-

Vətən müharibəsi zamanı informasiya məkanı çox həssas bir dövrünü yaşadı. Kütləvi İnforma- siya Vasitələri öz fəaliyyətini müharibə şəraitinin tələb etdiyi qaydalara uyğun qurmağa çalışdı. Demək olar ki, bütün media mənsubları dərc etdirdikləri materiallarda daha çox bu istiqamətlərdə fəaliyyət göstərdilər: informasiya təhlükəsizliyinin qorunmasını təmin etmək, informasiya siyasə- tini düzgün qurmaq, informasiya savaşında qətiyyən uduzmamaq, şayiələrə əsaslanan hər han- sı məlumatı yaymamaq, xaricdən sızan informasiyalara həssaslıqla yanaşmaq, onlara uymamaq, yalnız rəsmi mənbələrə istinad etmək. Vətən müharibəsi yerli və xarici mediadaBu gün Azərbaycan Or-

dusu dünya ölkələrinin ən

güclü 50 ordusu sırasın-

dadır. Kimin sayəsində?

Əlbəttə ki, ölkə başçısı-

nın ordu quruculuğuna

göstərdiyi diqqət və qayğı-

nın sayəsində.Azərbaycan

ordusu xalqımızın qürur

və güvənc ünvanıdır. Milli

ordumuzda döyüş rəşadə-

ti, qəsbkarlara qarşı müba-

rizə ruhu yüksəkdir. Xalqı-

mız taleyini inandığı niza-

mi orduya, cəsur, mübariz

sərkərdələrə, vətənpərvər

döyüşçülərə etibar edir.

Bu gün xalqımıza qələbə

sevincini yaşadan, düşmən üzərində qələbəni təmin edən də məhz ordumuz, cəsur zabit və əsgər- lərimizdir. Onların qəhrəmanlığı misilsizdir. Qələbənin qazanılmasında üç amil əsas rol oynadı: Azərbaycan dövlətinin iradəsi, ordunun gücü, xalqın ruhu.

Hörmətli oxucu! Siz yerli və xarici ölkələrin kütləvi informasiya vasitələrində qələbəni şərtlən- dirən amillər, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin 27 il ərzində hansı səbəblərdən icra olunmaması, Ermənistanın bu münaqişədə qeyri-konstruktiv mövqeyi, ölkəmizin maddi, mədəni və mənəvi sərvətlərinə vurduğu ziyan, Azərbaycanın iqti- sadi gücü, ordunun malik olduğu müasir hərbi texnika barədə geniş informasiyalarla tanış ola-

caqsınız. Biləcəksiniz ki, Azər- baycan bu müharibədə hərbi, sonra siyasi- diplomatik yolla necə qalib gəldi.

44 günlük Vətən müharibəsi, bu müharibədə 5-ci nəsil silah- larının tətbiqi, döyüşün taktika və strategiyası təkcə mediada deyil, bir çox ölkələrin hərbi qə- rargahlarında və məktəblərin- də təhlil olunur. Azərbaycanın qədim şəhəri Şuşanın dağıdıcı silahlardan istifadə etmədən düşməndən azad edilməsi isə ayrıca bir mövzudur.

Hörmətli oxucu! Əminəm ki, bu kitab vasitəsilə Vətən müharibəsi barədə dolğun məlumatlar əldə edəcəksiniz, Sizi maraqlandıran sualların cavablarını tapacaqsınız. Zəfər paradı

Hazırlayan:

Doç. Dr. Aytekin Zeynelova

Bakü Devlet Üniversitesi Gazetecilik Fakültesi “İletişim” Bilim araştırma labaratuvarı bölümü