Seadet Qerib’ den “SƏNİ ÇOX SEVİRDİM”

SƏNİ ÇOX SEVİRDİM
Səni çox sevirdim …anlamadın ki,
İncinin qədrini bilmədin heç vaxt.
Bu parlaq qəlbimi sənə bəxş etdim,
Fəqət sevəmmədin, yoxdur məndə baxt.
Bilirsən, qəlbimi tərk edən gündən
Bu canım boşluqda yaşıya bilmir.
Beşikkən məzara dönsə də ürək
O ölmüş sevgimi daşıya bilmir.
Sən ülvi sevgimi dara çəkəndən,
Əzabla , acıyla inləyir ürək.
Zəifdən zəifəm sənin sayəndə,
O vaxtdan susubdur dinməyir ürək.
Cah-cəlal bilmişdim o saf eşqimi,
Sanırdım dünyanın ən zənginiyəm.
Məhəbbətim iflas etdiyi gündən-
Dünyanın ən kasıb bəndəsiyəm men.
Seadet Qerib