YÜZLƏRLƏ XƏSTƏNİ SAĞLAMLIĞINA QOVUŞDURAN MƏNSİMOV – NÖVBƏDƏ QARABAĞ QAZİSİDİR

YÜZLƏRLƏ XƏSTƏNİ SAĞLAMLIĞINA QOVUŞDURAN MƏNSİMOV – NÖVBƏDƏ QARABAĞ QAZİSİDİR

Dr.Nurlana Əliyeva

Azərbaycan və Avropa Kardioloqlar Assosiasiyasının üzvü

1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.

“Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.

Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu “Palmali” Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. “Palmali”nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.

Bütün gəmilərinin üzərində Azərbaycanın qəhrəman oğullarının, korifeylərinin adlarını yaşadır.

M.Məsimov qardaş ölkədə soydaşlarımıza böyük dəstəkdir. Yüzlərlə tələbə oxudub, hələ də davam edir. İndiyədək “Palimali” qapısını döyən hər kəs sevinib.

Azərbaycanda da yüzlərlə xəstəni sağlamlığına qovuşduran Məsimov bu işləri kimsənin reklam etməsini istəməzdi. Amma bu dəfə onun bir nəcib əməlini sizlərlə paylaşmaq istəyirəm.

Qarabağda gözündən ağır qəlpə yarası almış Mingəçevir sakini olan Qoşqar Hacıyevin bütün müalicə xərclərini Mübariz bəy öz üzərinə  götürüb. Özü qardaş ölkədə yaşasa da, qəlbi Azərbaycanla döyünməsinə bu bir örnəkdir.

Mən fəxr edirəm ki, Azərbaycanımızın İlham Əliyev kimi Prezidenti, dunyanın harasında yaşamasından asılı olmayaraq qəlbi Azərbaycanla döyünən Mübariz Məsimov kimi vətənpərvər, səxavətli oğulları var.